Başa çatan mövsümün yekununa görə II Liqaya yuvarlanan "Qaradağ Lökbatan" yeni baş məşqçi ilə danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, Amit Quluzadə ilə yolları ayıran qəsəbə təmsilçisi yerli mütəxəssislərin biri ilə ortaq məxrəcə gəlməyə yaxındır.

 

Danışıq prosesi müsbət yeükunlaşacağı halda Zaur Hidayətov "Qaradağ Lökbatan"ın "sükanı arxasına" keçəcək.

 

Qeyd edək ki, 48 yaşlı mütəxəssis hazırda "Sumqayıt" Futbol Akademiyasında koordinator postunu tutur.