"Roma" "Lill"in yarımmüdafiəçisi Arnar Haraldssonun transferini həll etmək üzrədir. Sport24.az xəbər verir ki, bu barədə "Leggo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 22 yaşlı islandiyalı romalıların yeni idman direktoru Frederik Massaranın siyahısında ön plandadır.
Qeyd edək ki, Haraldsson 2024/25 mövsümündə bütün turnirlərdə "Lill"in heyətində 38 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun Fransa klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır.
"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 18 milyon avro qiymətləndirir.