Transfer bazarında fəallığı ilə seçilən "Kəpəz" daha bir legionerlə ortaq məxrəcə gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "sarı-göylər" çernoqoriyalı yarımmüdafiəçi ilə anlaşıb.
26 yaşlı Vasilije Terzicin son klubu "Otrant- Olimpik" olub. Bu ay Çernoqoriya təmsilçisi ilə sözləşməsi başa çatan yarımmüdafiəçi gəncəlilərə azad agent statusu ilə qoşulacaq. O, başa çatan mövsümdə komandasının heyətində 13 oyuna çıxıb.
Qeyd edək ki, Terzic karyerası ərzində vətənində "Buduçnost"un, Bosniya və Herseqovinada isə "Boras"ın formasını geyinib.