"Marsel" bu gün Fransada "Qarabağ"a qarşı keçirəcəyi Konfrans Liqasının ilk pley-off matçına futbolçu itkisi ilə çıxacaq. Sport24.az xəbər verir ki, Valenten Ronjye cəza üzündən qarşılaşmanı buraxmalı olacaq.

Belə ki, 28 yaşlı yarımmüdafiəçi Moskva "Lokomotiv"ini 1:0 hesabı ilə yendikləri Avropa Liqasının qrup mərhələsində VI tur matçının 80-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Nəticədə arseldəki görüşü buraxacaq Ronjye Bakıdakı cavab matçında forma geyinə bilər.

Qeyd edək ki, "Velodrom" stadionunda keçiriləcək "Marsel" - "Qarabağ" matçı saat 00:00-da başlanacaq.