"Qarabağ"ın səfərdə "Benfika"nı məğlub etməsi evdə "Kopenhagen"ə asanlıqla qalib gələcəyi anlamına gəlmir". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Mahmud Qurbanov deyib.

52 yaşlı keçmiş yarımmüdafiəçi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq qarşılaşma haqqında danışıb:

"Rəqib çox yaxşı mübarizə aparan komandadır. Nəzərə alaq ki, Çempionlar Liqasında zəif kollektiv yoxdur. Onlar "Qarabağ"ın heyətində nə qədər keyfiyyətli futbolçuların olduğundan da xəbərdardır.

M.Qurbanov Azərbaycan çempionundan qalibiyyət gözlədiyini də söyləyib:

"İstənilən halda, "Qarabağ"ı evdə çətin oyun gözləyir. Bütün bunlara baxmayaraq komandamızdan evdə qələbə gözləyirəm. Əgər Azərbaycan çempionu bu görüşü qələbə ilə başa vursa, bu çox gözəl nəticə olar. Bu böyük nəticəni "Qarabağ"dan gözləyirəm".

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyunu saat 20:45-də start götürəcək.