Polşa təmsilçisi "Rakuv"a keçən Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını Asiyada davam etdirə bilərmiş. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 29 yaşlı futbolçuya Cənubi Koreya və Yaponiya klublarından maraq olub.

Adının açıqlanmasını istəməyən futbol agentinin sözlərinə görə, hər iki ölkənin təmsilçiləri Emrelini heyətlərinə qatmaq istəyiblər.

Lakin Azərbaycan millisinin üzvü hələlik karyerasını Avropada davam etdirmək qərarına gəlib və bu səbəbdən Polşanın "Rakuv" klubunun təklifinə üstünlük verib.

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Almaniyanın "Kayzerslautern" klubuna məxsusdur. "Rakuv" təcrübəli hücumçunu 1 illik icarə əsasında heyətinə qatıb.