Azərbaycan Premyer Liqasının XII turunun "Turan Tovuz" – "Qarabağ" oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

 

– Azarkeşlər üçün yaxşı oyun oldu. Ümumən, matçdan razı qaldım, amma səhvlər də var idi.

 

– Rəqib qapıçı yaxşı oynadı. Bu, qələbə qazana bilməməyinizə nə dərəcə təsir etdi?

– Qapıçı yaxşı oynamalıdır və nəticəyə təsir etməsi normaldır.

 

– Rəqibin "Qarabağ" olması oyun planında nəyisə dəyişməyə məcbur etdi?

– Təxminən, plan həmişəki kimi idi. Rəqibin ustalıq səviyyəsini də nəzərə almışdıq.

 

– Oyun planında futbolçular istədiklərinizi etdi?

– Planda əsas rəqibin fərdi ustalıqlarının qarşısını almaq idi.

 

– Son illərin çempionuna qarşı heç-heçə sizi razı salır?

– Razı deyiləm desəm, düzgün olmaz. Ümumi oyundan razı qaldım.