Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" səfərdə "Seul"la qarşılaşıb.
İlk hissədən sonra Krivotsyukun komandası 2:0 hesabı ilə öndə olsa da, fasilədən sonra 2 dəfə fərqlənən meydan sahibləri məğlubiyyətdən qaçıblar - 2:2.
Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətində yer alan 26 yaşlı müdafiəçi sonadək meydanda olub.
Qeyd edək ki, 8 turdan sonra aktivində 17 xal olan "Daejeon" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. "Seul" isə 13 xalla dördüncüdür.