Polşa “Legiya”sında çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli Danimarkanın “Kopenhagen” klubunun diqqət mərkəzinə düşüb.

Sport24.az xəbər verir ki, bu barədə “MSV Foot” portalı məlumat yayıb.

Xəbərdə, Danimarka təmsilçisinin 24 yaşlı hücumçunu heyətinə qatmaq istədiyi bildirilib.

Mahir Emreli bu mövsüm “Legiya” ilə 20 oyunda 10 qol vurub. Onun Varşava təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Mahir “Qarabağ”ın heyətində 2017-nin avqustunda “Kopenhagen”in qapısına yol tapıb. Bu, Çempionlar Liqasının pley-off mərhələsinin Bakıda baş tutan ilk oyununda baş tutub. Emrelinin vurduğu qol oyunda yeganə olub  və cavab görüşündə 1:2 hesabı ilə məğlub olan ağdamlılar ölkə tarixində ilk dəfə ÇL-in qrupuna yuksəldilər.