Gəncə futbolunun inkişafında əvəzsiz rolu olan, neçə-neçə oyunçuları yetişdirən uşaq məşqçisi Konstantin Abramenkonun (“Дядя Костя"-nın) stadionunun təmiri ilə bağlı işlər davam edir. Sport24.az xəbər verir ki, işlər AFFA-nın maddi dəstəyi sayəsində həyata keçirilir. 

Artıq həmin əraziyə asfalt döşənib və ardından sitetik qazon döşənəcək. Daha sonra meydança dəmir "setka"larla hasarlanacaq, paltardəyişmə otaqları tikiləcək. İşlərin fevralın ortalarına tam yekunlaşması gözlənilir ki, bundan sonra rəsmi açılış mərasimi nəzərdə tutulub.  

Onu da bildirək ki, Gəncə şəhər deputatı Müşfiq Cəfərov, Gəncə İctimai İştirakçılıq Məclsinin nümayəndələri - xeyriyyəçi, futbol azarkeşi Müzadil Həsənov, İlqar Zeynalov, Gəncə Futbol Veteranlar Birliyinin vitse-prezidenti Firuz Qulami bu işlərdə yaxından dəstəklərini göstərirlər. Paralel olaraq Gəncədə Futbol Akademiyasının tikintisinə və Yeni Gəncədə olan mini-futbol meydançasının təmir işləri də nəzərdə tutulub. 

No description available.No description available.No description available.No description available.No description available.