Azərbaycanın UEFA reytinqindəki əmsalı bir qədər də artıb. Sport24.az xəbər verir ki, bu, "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab oyununu da qələbə ilə başa vurması sayəsində olub. 

 

Ağdamlılar UEFA Avropa Liqasında səfərdə İslandiyanın "Vestri", "qartallar" isə UEFA Konfrans Liqasında səfərdə kutaisi "Torpedo"sunu 3:0 hesabı ilə məyus edib. 

 

Bununla, ölkənin cari mövsümdə qazandığı əmsal 1,500-ə çatıb. Azərbaycan (20,062) hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750, 27-ci mövqedəki Bolqarıstanın 18,562 əmsalı var.

 

Qeyd edək ki, UEFA reytinqinin zirvəsində İngiltərə (101,852) qərarlaşıb.