"Neftçi"nin sabiq futbolçusu Mamadu Kane Azərbaycana qayıtmağa çox yaxındır. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 29 yaşlı qvineyalı yarımmüdafiəçi "Araz-Naxçıvan"la bütün əsas məsələlərdə razılığa gəlib.
Gözlənilməz hal baş verməzsə, tərəflər arasında 1+1 illik müqavilə imzalanacaq.
Mamadu Kane uzun illər Azərbaycan çempionatında uğurlu çıxışı ilə yadda qalıb. O, 2021-ci ildə "Neftçi"nin heyətində Misli Premyer Liqasının çempionu olub və komandanın aparıcı futbolçularından biri sayılıb.
Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.