"İnter" yay "transfer pəncərəsi"ndə müdafiə xəttini gücləndirmək üçün "Tottenhem"in futbolçuları Ced Spens və Kristian Romeronu transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, İngiltərə təmsilçisi Spens üçün təxminən 40 milyon avro tələb edir. London klubu Romero üçün isə 40-50 milyon avro aralığında məbləğ istəyir.

Bildirilir ki, argentinalı müdafiəçi "Tottenhem"dən ayrılmağa müsbət yanaşır. "İnter"in transfer danışıqlarını davam etdirdiyi və hər iki futbolçunun vəziyyətini yaxından izlədiyi qeyd olunur.