Premyer Liqanın XXXIV turuna Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası "Səbail"i qonaq edəcək.

 

Şahin Diniyevin "dənizçilər"i üçün bu qarşılaşma formal xarakter daşıyır. "Səbail" ötən tur "Qəbələ"yə məğlub olmaqla avrokuboklara yollanmaq şansını itirib. Samir Abasovun "kimyaçılar"ı isə əksinə, qitəmiqyaslı turnirlərə yollanacaq qatarda sərnişin ola bilər. Bu səbəbdən "gənclik şəhəri" təmsilçisinin meydana daha motivasiyalı çıxacağı anlaşılandı.

 

Qeyd edək ki, matçın start fiti saat 19:30-da səslənəcək.

 

Misli Premyer Liqası

IV dövrə, XXXIV tur

19:30. "Sumqayıt" – "Səbail" 2:1 (İkinci hissə)

Qollar: Ninqa, 41, 45 - Ramalinqom, 90+5

Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi

Baş məşqçi: Samir Abasov

"Səbail": 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 14. Suleyman Alluş

Baş məşqçi: Şahin Diniyev