"Qarabağ"ın futbolçusu Kevin Medina xoşagəlməz hadisə ilə üzləşib. Sport24.az xəbər verir ki, bunu kolumbiyalı müdafiəçi öz instaqram səhifəsində paylaşıb.

 

Hadisə dünən, daha dəqiq desək, Azərbaycan kubokunun 1/2 final mərhələsinin "Neftçi" ilə ilk oyunundan sonra yaşanıb. Azarkeşlər futbolçunun avtomobilinə ziyan vurublar.

 

Medina onlara müraciət edərək belə hərəkətlərə yol verməməyə çağırıb: "Bu maşınımın oyundan sonra vəziyyətidir. İnsanların belə hallarda ehtiyatlı davranması və hörmət etməsi lazımdır. Ailəm maşında ola bilərdi və bu mənim üçün təhlükəli hal idi. Öz adımdan xahiş edirəm ki, bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın".