"Kəpəz"in legioneri Abdullahi Şuaybu Misli Premyer Liqasının VII turunda "Sabah"a vurduğu qolla  xüsusi qeyd edib. Sport24.az xəbər verir ki, nigeriyalı hücumçu qolun sevincini yaşayarkən əsgər salamı verib. 

Bununla da Şuaybu Azərbaycan Ordusuna dəstək olub.

Xatırladaq ki, bu həftə ordumuz xeyli şəhid verərək erməni separatçılarını sonda təslim etməyə məcbur edib.