"Kəpəz"lə müqaviləm bitib. İlk danışlq aparacağım komanda "sarı-göylər" olacaq. Bu gün üçün nə Gəncə təmsilçisindən, nə də başqa klubdan real təklif almamışam". Bu sözləri Sport24.az-a açıqlamasında Əli Səmədov deyib.
Gəncəli futbolçu "Kəpəz"də qeyri-müəyyənliyin yaşandığını da vurğulayıb: "Hazırda Gəncə təmsilçisində qeyri-müəyyənlik hökm sürür. Bizə "gözləyin" deyiblər. Rəhbərliyi büdcənin təsdiqiqini gözləyir. Yalnız bundan sonra futbolçularla danışıqlara başlayacaqlarını vurğulayıblar".
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə "sarı-göylər"in heyətində ümumilikdə 28 matça çıxıb.