"Sabah"la oyunda zədələnən "Kəpəz"in futbolçusu Mahamadu Ba çiynindən əməliyyat keçirib. Sport24.az klubun mətbuatn xidmətinə istinadən bildirir ki, müayinələr nəticəsində 26 yaşlı yarımmüdafiəçinin çiynində iki bağın qırıldığı müəyyən edilib.

 

Əməliyyat uğurla başa çatıb, Banın 2-3 həftə ərzində məşqlərə başlaması gözlənilir.