İtaliyanın "Atalanta" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisini Rafaele Palladino çalışdıracaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

41 yaşlı italiyalı mütəxəssislə2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Atalanta" ötən gün İvan Yuriçlə yollarını ayırıb. Palladinonun son iş yeri isə "Fiorentina" olub.