Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha bir atletimiz körpücük üzərinə çıxıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.

 

Fazilə İmanova 77 kq çəki dərəcəsində iki hərəkətin cəmində 189 kq (84 kq + 105 kq) nəticə göstərib.

 

Qeyd edək ki, yekunda atletimiz yarışı yeddinci pillədə başa vurub.