İngiltərə milli komandasının heyətində iki dəyişiklik edilib. Sport24.az xəbər verir ki, Nyukasl"ın qapıçısı Kin Pop və yarımmüdafiəçisi Entoni Qordon zədə səbəbindən heyətdən çıxarılıb.

 

Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

 

Onların əvəzinə "Mançester Siti"nin qapıçısı Ceyms Trafford və "Çelsi"nin müdafiəçisi Trevo Çaloba yığmaya dəvət olunub.

 

Qeyd eədk ki, İngiltərə seçməsi noyabr ayında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək. Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv ayın 13-də Serbiyanı qəbul edəcək, 3 gün sonra isə Albaniyaya yollanacaq.