"Tottenhem" "Bavariya" ilə yarımmüdafiəçi Juao Palinyanın transfer hüquqlarını almaq üçün danışıqlara başlamağı planlaşdırır. Sport24.az xəbər verir ki, London klubu 30 yaşlı futbolçunun çıxışından razıdır və onunla 2029-cu ilədək tamhüquqlu müqavilə imzalamaq barədə prinsipial razılığa gəlib.
Palinya bu ilin yayında "Tottenhem"ə 2025/26 mövsümünün sonunadək icarə əsasında qoşulub. Müqavilədə futbolçunun 30 milyon avroya transfer hüququnun alınması bəndi yer alır.
Portuqaliya millisinin üzvü cari mövsümdə paytaxt təmsilçisinin heyətində bütün turnirlərdə 18 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Tottenhem" hazırda Premyer Liqa turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Tomas Frankın komandası növbəti oyununu noyabrın 23-də "Arsenal"a qarşı keçirəcək.