"Real"ın ulduz hücumçusu Vinisius Junior klubdan maaşının Kilian Mbappenin səviyyəsinə qaldırılmasını tələb edir. Sport24.az xəbər verir ki, braziliyalı vinger fransız futbolçu ilə eyni şərtlərlə müqavilə istəyir.
Bu barədə "Diario sport" nəşri məlumat yayıb.
25 yaşlı ön xətt oyunçusu əks halda komandadan ayrılmaq variantını nəzərdən keçirməyə hazırdır. Klubla futbolçu arasında yeni müqavilə ilə bağlı danışıqlar hazırda dalana dirənib.
Qeyd edək ki, Vinisiusun "Real"la mövcud müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. Braziliya millisinin üzvü cari mövsümdə 16 oyunda meydana çıxaraq 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Ümumilikdə isə Madrid klubunun heyətində 338 qarşılaşmada 111 qol və 87 assistlə yadda qalıb.