Mövsümlərarası fasilədə Adil Şükürovla anlaşan "Kəpəz" toplanış üçün ölkə xaricinə yollanmayacaq. Sport24.az-ın əldə etdiyi bilgiyə əsasən "sarı-göylər" növbəti mövsümün hazırlığını 2 bölgədə keçiriəcək.

 

Kluba yaxın mənbədən əldə etdiyimiz məlumata əsasən, gəncəlilər hazırlığa doğma şəhərdə başlayacaq. 2 həftəlik toplanışın ardından isə komanda Qəbələyə üz tutacaq. Şükürovun komandası təlim-məşq toplanışı dönəmində bir neçə yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblərin arasında yerli və əcnəbi klubların olacağı gözlənilir. "Sarı-göylər"in yoxlama görüşləri üçün Gürcüstana üz tutacağı da istisna olunmur.

 

Qeyd edək ki, Premyer Liqada yeni mövsüm avqustun 15-də start götürəcək.