Misli premyer-liqasının 11-ci turunda "Qəbələ" "Sumqayıt"a məğlub olub - 0:2. Oyunsonrası mətbuat konfransında Kaxaber Sxadadze media önünə çıxıb.


⁃    "Sumqayıt"ı təbrik edirəm. Nə isə demək çətindi. Azarkeşlərdən üzr istəyirəm. Məşqçi günahkardı hər halda. Qol şanslarından istifadə edə bilmirik. Başa düşə bilmirəm ki, elə epizodda necə əllə oynamaq olar. Hər oyun 1-2 kobud səhv olur ki, oyunu həll edir. Mən heç kimdən zəif görünmək istəmirəm.

 

⁃    Futbolçular haqda demişdiz ki, premyer-liqa səviyyəsində deyillər. Bunu futbolçular da eşidib. Onları necə motivasiya edirsiz?

⁃    Mən bu sözləri ehtiyatda olan futbolçular haqda demişəm. Premyer-liqa təcrübələri çatmır. Səviyyə yox, təcrübə çatmır demişəm. Domi 1-ci liqada bombardir olub. Futbolçuların sadəcə elita təcrübəsi çatmır. 18 yaşda oynayırsansa, bundan böyük motivasiya ola bilməz. Baxış elə olmalıdı ki, özünüzü öldürməlisiz. 18 yaşında məşqçi sizi oyuna çıxarır.

 

⁃    Asif Məmmədovun fiziki durumu nə yerdədi?

⁃    O klubumuzun əfsanəsidi. Məşqçilər korpusunda bizə kömək edir. Yaxşı oğlandı.

 

⁃    Əvvəl qol vurub uduzurduz, indi qol vurmaq da alınmır…

⁃    Məni narahat edir. Nə qədər qol vəziyyəti yaradırıq. Yaratmasaydıq, bu bizi narahat edir. Saşa İliç də komandamız haqda nə qədər yaxşı sözlər dedi. Prins 5 metrdən ötürmə edə bilmədi, Domi boş qapıya düşə bilmədi. 

 

⁃    Mövsümün əvvəlində bu durumda olacağınızı düşünürdüz?

⁃    Əlbəttə ki, yox. Amma hədəfimiz elitada qalmaq idi. Nəyisə atıb getmək asandı. Söz vermisənsə, əməl etmisən. Bir daha azarkeşlərdən üzr istəyirəm. Qışda güclənməliyik. 

 

⁃    Hər konfansda deyirsiz ki, futbolçularda təcrübə yoxdu. Axı yayda heyəti siz qurmusuz. İki təcrübəli futbolçu var - Səlahət və Murad. Onların bu yükü çəkməyi mümkünsüzdü axı…

⁃    Razıyam. Amma bu məsələyə toxumuşam. Bu söhbəti bağlayaq. Qışa qədər dözməliyik.