"Karvan" heyətini legionerlə gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə Yevlax komandasının mətbuat xidməti məlumat yayıb. 

 

1-ci Liqa təmsilçisi özbəkistanlı müdafiəçi Behzid Xolikulovla müqavilə imzalayıb. Sözləşmə hazırkı mövsümün sonuna qədər nəzərdə tutulub. 

 

Qeyd edək ki, 20 yaşlı futbolçunun son klubu Özbəkistan "Soqdiana"sı olub.