"Səbail"in əsas qapıçısı Kamran Ağayev sıraya dönüb. Sport24.az xəbər verir ki, 35 yaşlı qolkiper həm zədədən, həm də soyuqdəymədən bərpa olunub.

Kamran komanda ilə məşq edir və növbəti turda "Neftçi"ylə "Bakcell Arena"dakı bugünkü matça hazırlaşıb. Onun dönüşünə ən çox sevinən komanda yoldaşının albaniyalı müdafiəçi Yurgen Qoxanın olduğunu klubun "Facebook" səhifəsində fotoya əsas demək olar.

Maraqlıdı ki, onların ikisi də keçən turda "Zirə"yl səfər matçında komandalarına kəmək edə bilməmişdi. Yurgendə bu, aldığı qırmızı vərəqə ilə bağlı cəzaya görə idi və bu, 1 oyunluq olduğundan Qoxa da Ağayev kimi bu gün "dənizçilər"in heyətində meydana çıxa biləcək. 

Xatırladaq ki, "Səbail" keçən turda Zirədə 1:3 hesablı məğlubiyyət alıb.