UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və "Nyukasl" (İngiltərə) komandalarının statistik göstəriciləri açıqlanıb. Sport24.az xəbər verir ki, klublar tarixdə ilk dəfə qarşılaşacaqlar.
Bu həm də "Nyukasl"ın Azərbaycan təmsilçiləri ilə birinci görüşü olacaq.
Ağdamlılar daha əvvəl İngiltərə klubları ilə 9 dəfə oynayıb. Bunların 8-də britaniyalılar qələbə qazanıbsa, 1 matçda heç-heçə qeydə alınıb.
Tərəflər arasındakı ilk duel fevralın 18-də Bakıda olacaq. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasındakı son altı ev oyununda 2 və ya daha çox qol vurub. Son iki matçda isə hesabı Kamilo Duran açıb.
"Nyukasl"ın isə səfər statistikası yaxşı deyil. Komanda UEFA turnirlərindəki son 15 qarşılaşmanın yalnız 2-də qələbə qazanıb. Bunların 8-də heç-heçə, 5-də məğlubiyyət qeydə alınıb.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı fevralın 24-də İngiltərədə olacaq.