Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında XV tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, qarşılamalardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.

 

"İmişi" "Karvan-Yevlaxı" qonaq edir. Kağız üzərində qarşılaşmanın favoriti heç şübhəsiz ki, meydan sahibləridir. "Pələnglər" istənilən rəqiblə başağrı ola biləcəyini əvvəlki oyunlarda sübut edib. Ancaq Füzuli Məmmədovun gəlişindən sonra "ağ-qaralar"da pis təsir bağışlamır. Düzdür, autsayder yeni baş çalışdırıcının rəhbərliyi altında hələ qələbə qazana bilməyib. Ancaq oyun planında az da olsa irəliləyiş hiss olunur.

 

Qeyd edək ki, Qubada keçiriləcək görüşün start fiti saat 14:00-da səslənəcək.

 

Misli Premyer Liqası

II dövrə, XV tur

14:00. "İmişli" - "Karvan-Yevlax"

Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.

VAR: İnqilab Məmmədov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Quba. Olimpiya İdman Kompleksinin stadionu