İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holand növbəti tarixi nailiyyətə imza atıb. Sport24.az xəbər verir ki, Norveçli hücumçu Premyer Liqanın 16-cı turunda "Kristal Pelas"la oyunda (3:0) dubla imza ataraq İngiltərə Premyer Liqası təmsilçilərində vurulan qolların sayına görə Kriştianu Ronalduyu geridə qoyub.
Hazırda Erlinq Holand "Mançester Siti"nin heyətində bütün turnirlərdə keçirdiyi 168 oyunda 147 qol vurub. Kriştianu Ronaldu isə "Mançester Yunayted"də çıxış etdiyi dövrdə 346 matçda 145 dəfə fərqlənmişdi.
Cari mövsümdə 25 yaşlı Holand klubunun heyətində bütün turnirlər üzrə 22 oyuna çıxıb, 23 qol vurub və 3 məhsuldar ötürmə edib.