Bakıda keçirilən veteran stolüstü tennisçilər arasında turnirin qalibləri müəyyənləşib. Sport24.az-a bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) məlumat verilib.

 

ASTF-nin Veteranlar Şurasının təşkil etdiyi ənənəvi yarışa 70-ə yaxın idmançı qatılıb. Qadınların mübarizəsi Tatyana Aliulinanın qələbəsi ilə nəticələnib. Svetlana Kayumova ikinci, Nərgiz Daşdəmirova üçüncü olub.

 

40-49 yaşlı kişilərin yarışında Vaqif Məmmədov qələbə qazanıb. Mahir Cəbiyev ikinci, Orxan Əliyev üçüncü yerdə qərarlaşıb. Elşad Vahidov 50-59 yaşlıların mübarizəsində birinci olub. Mükafata layiq digər yerləri Yaşar Mövlanovla Əli Heydərli tutub.

 

60-69 yaşlılar arasında İlham Ağayev qələbə çalıb. O, finalda Qulu Quliyevi məğlub edib. Üçüncü yerə Məzahir Həsənov layiq görülüb.

 

Muxtar Ağazadə isə 70+ yaş dərəcəsində bütün rəqiblərini üstələyib. Zirəddin Mövlayev ikinci, Firudin Hüseynov üçüncü yeri tutub.

 

Fərqlənən iştirakçılara diplomlar və pul mükafatları təqdim olunub.