Misli Premyer Liqasının ikinci oyun gününə Suraxınada yekun vurulacaq. SPort24.az xəbər verir ki, "Qarabağ" "Azersun Arena"da "Araz-Naxçıvan"ı qonaq edir.

 

Dünən səfərdə "Turan tovuz"u məğlub edən "Sabah" turnir cədvəlində ilk pilləyə yüksəlib. Qurban Qurbanovun komandası yenidən zirvəyə qayıtmaq üçün bu gün mütləq qələbə qazanmalıdır. Ancaq bu o qədər də asan olmayacaq. Naxçıvan təmsilçisi də avrokuboklara vəsiqə uğrunda mübarizə apardığından meydanda gərgin mübarizə gedəcək. Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv bu tur aktivinə 3 xal yazdıracağı halda "Turan Tovuz"u geridə qoyaraq mövqeyini bir qədər yaxşılaşdırıb 5-ci piləyə yüksələcək.

 

Qeyd edək ki, turun digər iki görüşü - "Neftçi" - "Sumqayıt" və "İmişli" - "Karvan-Yevlax" matçı sabah baş tutacaq.

 

Misli Premyer Liqası

II dövrə, XV tur

17:30. "Qarabağ" - "Araz-Naxçıvan" 4:1

QolToral Bayramov, 30, Nəriman Axundzadə, 41, Joni Montiel, 57-pen, Leandro Andrade, 72, Ramon Maçado, 76-pen.

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Bakı. "Azersun Arena".

 

"Qarabağ": 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 

 

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran 

 

Baş məşqçi: Qurban Qurbanov

 

"Araz-Naxçıvan": 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 8. Coşqun Diniyev 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli 

 

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 19. Bar Kohen

 

Baş məşqçi: Elmar Baxşıyev