İspaniyanın "Real Sosyedad" klubu baş məşqçi Serxio Fransisko ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti bildirir.

 

 

46 yaşlı ispaniyalı mütəxəssis bu ilin iyul ayından komandaya baş məşqçi təyin edilmişdi.

 

"Real Sosyedad"ı ilin sonuna qədər əvəzedici komandanın baş məşqçisi Yon Ansoteqi çalışdıracaq. Onun köməkçisi İmanol Aqirreçe olacaq.

 

Qeyd edək ki, komanda hazırda La Liqada 16 turdan sonra 16 xalla 15-ci yerdədir.