Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Ağsuda səfərdə olub. Sport24.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb. O, Ağsu şəhər stadionunda fəaliyyət göstərən "Hilal Ağsu" uşaq futbol məktəbini ziyarət edib. Yeniyetmələrlə görüşən millimizin baş məşqçisi onlarla səmimi söhbətlər aparıb, gələcək karyeralarında uğurlar arzulayıb. Ayxan Abbasov yeniyetmələri futbola olan sevgilərini qorumağa və daim çalışqan olmağa səsləyib.
Görüşün sonunda uşaqlar millimizin baş məşqçisi ilə xatirə şəkilləri çəkdirib, ondan avtoqraf alıblar. Ayxan Abbasov yeniyetmələrə futbol topları və digər əşyalar hədiyyə edib.