Albaniya çempionatında 16-cı turun oyunları başa çatıb. Sport24.az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə Tirana "Dinamo"su ilə qarşılaşıb.
Zamiq ilk dəqiqələrdən meydana çıxıb və matçı əvəzolunmadan keçirib. matç "Eqnatiya"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 31-ə çatdıran "Eqnatiya" turnir cədvəlində ikinci pilləsində qərarlaşıb. Komanda lider "Elbasani"dən cəmi 1 xal geri qalır.