Misli Premyer liqasının XV turunun son oyunu Bakıda keçiriləcək. Sport24.az xəbər verir ki, 15-ci oyun həftəsinə "Palms Sports Arena"da yekun vurulacaq.

 

"Neftçi" "doğma divarlar" arasında "Sumqayıt"ı qonaq edir. "Ağ-qaralar" yeni baş məşqçi, Yuri Vernidubun rəhbərliyi altında ilk oyuna çıxacaq ki, komandanın ukraynalı mütəxəssisin gəlişindən sonra necə təsir bağışlayacağı maraqla gözlənilir. "Kimyaçılar" isə yaxaladığı uğurlu seriyanı davam etdirmək niyyətindədir. "Gənclik şəhəri"nin təmsilçisi bu oyundan 3 xalla ayrılacağı halda ilk "üçlük"də yer alacaq.

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.

 

Misli Premyer Liqası

II dövrə, XV tur

19:00. "Neftçi" - "Sumqayıt"

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Bakı. "Palms Sports Arena"