Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında XVI tura start veriləcək. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk qarşılaşması bölgədə baş tutacaq.
İlin son turunda "Kəpəz" "Turan Tovuz"u qonaq edəcək. Komandalar bu görüşə fərqli əhval-ruhiyyədə hazırlaşıb. "Sarı-göylər" ötən həftə "Qəbələ"ni məğlub edib, aktivinə 3 xal yazdırmağı bacarıbsa, "boz qurdlar" öz meydanında "Sabah"a məğlub olub. Nominal meydan sahibləri ardıcıl ikinci qələbəsini bayram edəcəyi halda təhlükəli zondan bir qədər də uzaqlaşacaq. Qonaqlar isə liderlər qrupundan uzaq düşməmək üçün Yevlaxdan 3 xalla geri dönməyə çalışacaq. Onu da bildirək ki, Kurban Berdıyevin komandası hava şəraiti səbəbindən təxirə salınan "Qəbələ" ilə matç istisna olmaqla, 4 oyundu ki, qələbə üzünə həsrət qalıb.
Qeyd edək ki, turun digər qarşılaşmaları şənbə, bazar və bazar ertəsi keçiriləcək.
Misli Premyer Liqası
II dövrə, XVI tur
14:00. "Kəpəz" - "Turan Tovuz" 0:1 (1-ci hissə)
Qol: A.Serrano, 6.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax. Şəhər stadionu.
"Kəpəz": 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 80. Şahnur İsmayılov 83. Raul İsaqov 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov.
"Turan Tovuz": 1. Oleq Baklov 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 17. Rəhim Sadıqov 10. Xəyal Nəcəfov 73. Ülvü Mədətov 14. Murad Dadaşev 30. Mircamal Əlizadə 60. Vüqar Bağırov 21. Aleks Souza
Baş məşqçi: Kurban Berdıyev.