"Zaqatala" səfəri bütün komandalar üçün çətin keçir. Onlar ev oyunlarında uğurlu yaxşı təsir bağışlayırlar". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqanın 11-ci turunda səfərdə "Zaqatala"nı məğlub edən (1:3) MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.

Təcrübəli mütəxəssis qışda yeni transferlərin ediləcəyini bildirib:

"Rəqibi yaxşı təhlil etmişdik. Son uğurlu oyunlardan sonra futbolçularımın özünə inamı artıb. Qış fasiləsinə qədər "Şəfa" vacib matçımız var. Ondan sonra transferlər barədə müzakirələr aparılacaq. Kimlərin komandada qalacağı və ya gedəcəyi barədə müzakirə aparacağıq. Klub rəhbərliyi ilə daim görüşürük. Mənə və futbolçulara inanırlar. Nəticədən asılı olmayaraq dəstəkləri böyükdür. İnşallah, nəticələrimiz getdikcə daha da yaxşılaşacaq".

Qeyd edək ki, MOİK hazırda 14 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Komanda son üç turda ardıcıl qələbə qazanıb