Mançester Yunayted" yanvar transfer pəncərəsində Kobbi Boatenq Meynu ilə yalnız istisna təklif daxil olduğu halda yollarını ayıra bilər. Sport24.az xəbər verir ki bu barədə "Sky Sports" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, klub rəhbərliyi gənc yarımmüdafiəçini satmaq niyyətində deyil və onu icarəyə göndərməyə də müsbət yanaşmır. Premyer Liqanın bir neçə klubu Meynu ilə maraqlansa da, transferi birdəfəlik reallaşdırmaq imkanına malik olan komandaların sayı azdır.

 

Qeyd edək ki, 20 yaşlı gənç futbolçu bu mövsüm "Mançester Yunayted"in əsas heyətində kifayət qədər şans qazana bilməyib.