U-21-in sabiq üzvü Murad Vəliyev karyerasını yenidən Estoniyada davam etdirəcək. Sport24.az xəbər verir ki, 23 yaşlı futbolçu "Trans Narva" ilə anlaşıb.

 

"Şamaxı"dan ayrıldıqdan sonra klubsuz qalan Vəliyev Estoniya Yüksək Liqasının təmsilçisi ilə 1 illik müqavilə bağlayıb. 

 

Qeyd edək ki, Vəliyev 2002-ci ildə Estoniyanın paytaxtı Tallində dünyaya gəlib. "Levadiya"nın yetirməsi olan futbolçu "Kalev", "Nomme Yunayted" klublarında da oynayıb.