"Barselona"nın prezidenti Joan Laporta "Real"ı və klubun prezidenti Florentino Peresi kəskin tənqid edib.Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, kulubun ənənəvi Yeni il yeməyində çıxış edən Laporta rəqibləri "yalan yayan və mühiti zəhərləyən televiziya kanallarına sahib olmaqda" ittiham edib.
O, "Neqreyra işi" ilə bağlı səsləndirilən iddiaları əsassız adlandıraraq, "Barselona"nın hakimlərə rüşvət verməsinə dair heç bir sübutun olmadığını vurğulayıb. Laporta həmçinin klubun dəyərlərinə qarşı aparılan qaralama kampaniyalarına icazə verməyəcəklərini bildirib və gələcəyə nikbin mesaj verib.