II Liqada XXI turun "Şəmkir" – "Kür-Araz" oyununun stadionu dəyişdirilib. Sport24.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

 

Əlverişsiz hava şəraiti səbəbindən Şəmkir Olimpiya İdman Kompleksinin stadionu yararsız vəziyyətə düşdüyünə görə matç saat 18:00-da Tovuz şəhər stadionunda keçiriləcək.