Bu gün I Liqada mövsümün ikinci yarısına start veriləcək. Sport24.az xəbər verir ki, 13-cü turun ilk oyun günündə üç matç keçiriləcək.
"Cəbrayıl" MOİK-lə, "Şəfa" "Baku Sportinq"lə, "Zaqatala" "Səbail"lə üz-üzə gələcək.
Turun "Şahdağ Qusar" - "Difai" görüşü fevralın 6-da, "Şimal" - "Mingəçevir" oyunu isə fevralın 7-də olacaq.
13-cü turda beş futbolçu cəzalı olduğu üçün meydana çıxa bilməyəcək. Bunlar "Şahdağ Qusar"dan Ramin Abdullayev, "Zaqatala"dan Habibu Abduraşid, "Difai"dən Kristian Fokou Kamta, "Səbail"dən Qurban Səfərov, "Mingəçevir"dən Vüsal Əsgərovdur.
I Liqa: XIII tur
5 fevral (cümə axşamı)
"Cəbrayıl" – MOİK
Hakimlər: Alik Yunusov, Adil Bədəlov, Aydın Bəxşiyev, Rəsul Babayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı OİK stadionu, 14:30
"Şəfa" – "Baku Sportinq"
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Asif Abdullayev, Nazim Abdullayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Binə qəsəbə stadionu, 14:30
"Zaqatala" – "Səbail"
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rəhman Aslanov, Ceyhun Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Zaqatala OİK stadionu, 14:30
Qeyd edək ki, "Şəfa" 30 xalla I Liqanın lideridir. "Baku Sportinq" 25 xalla ikinci, "Səbail" 22 xalla üçüncü sıradadır.