Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına Suraxanıda yekun vurulacaq. Sport24.az xəbər verir ki, stadion problemi səbəbindən müvəqqəti olaraq ev oyunlarını "Azersun Arena"da keçirən "Turan Tovuz" "Kəpəz"i qonaq edir.

 

Nominal meydan sahibləri əvvəlki mərhələdə I Liqada mübarizə aparan "Şahdağ Qusar"ı, qonaqlar isə "Araz-naxçıvan"ı mübarizədən kənarlaşdırıb.

 

Qeyd edək ki, bu raunddun cavab oyunları gələn ay, daha dəqiq desək, martın 3-ü və 4-ü tarixlərində keçiriləcək.

 

Bizon Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyun

19:00. "Turan Tovuz" - "Kəpəz"

Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Bakı. "Azersun Arena".