"Bavariya"nın 17 yaşlı yarımmüdafiəçisi Lenart Karl karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" portalı məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, "Arsenal" gənc istedadla müqavilə imzalamaqda maraqlıdır. Münhen klubu oyunçusunu 80-90 milyon avro dəyərində qiymətləndirir. Londonlular da tələb olunan qiyməti ödəməyə hazırdır.

 

Qeyd edək ki, Lenart Karl "Bavariya"nın yetirməsir. Onun hazırkı Almaniya çempionu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır. Yarımmüdafiəçi bu mövsüm Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.