"Real"ın bəzi oyunçuları yeni baş məşqçi Alvaro Arbeloanın qərarlarından narazıdırlar. Sport24.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.
Mənbənin sözlərinə görə, son günlərdə Arbeloanın bəzi qərarları paltardəyişmə otağında narazılığa səbəb olub. İlk bel hal "Benfika" ilə matça təsadüf edib. Dani Seballosun Lissabonda bir dəqiqə belə oynamaması və əvəzində Xorxe Sesteronun meydana çıxması düşərgədə çaşqınlıq yaradıb. Oyunçular bunu məşqçiyə açıq şəkildə bildiriblər.
İkinci hadisə "Santyaqo Bernabeu"da baş verib və Arbeloanın mətbuat konfransına gecikməsinə səbəb olub. "Rayo Valyekano" ilə matçdan sonra paltardəyişmə otağında uzun çəkən müzakirələr zamanı bəzi oyunçularla məşqçi arasında texniki və taktiki cəhətdən fikir ayrılıqları yaşanıb.
Arbeloanın bir sıra qərarları futbolçuları təəccübləndirib. Onların fikrincə, baş məşqçi sanki hələ də "Real"ın gənclər komandasın "sükanı arxasındadır" və bu səbəbdən komanda istənilən səviyyədə çıxış etmir.