Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha 2 qarşılaşma baş tutacaq.

 

Günün ilk qarşılaşması Şamaxıda baş tutacaq. Bölgənin eyniadlı təmsilçisi "Qarabağ"ı qəbul edir. "Şirlər" 1/8-də I Liqa təmsilçisi "Baku Sportinq"i mübarizədən kənarlaşdırıbsa, ağdamlılar "Kəpəz"i məyus edib.

 

Qeyd edək ki, dünən keçirilən görüşlərdə "Sumqayıt" "Zirə" ilə qolsuz heç-heçə edib, "Sabah" isə "Qəbələ" ilə "sülh" bağlayıb - 0:0.

 

Bizin Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyun

14:30. "Şamaxı" - "Qarabağ"

Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov
VAR: Rauf Cabarov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı. Şəhər stadionu.