"Qış fasiləsindən sonra belə nəticələr gözlənilir. "İmişli" ilə oyunda hava şəraiti və meydançanın vəziyyətini dəyərləndirməyə dəyməz". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"nın icraçı direktoru Eldəniz Yusubov deyib.
Klub rəsmisi komandasının bu mövsüm üçün hədəflərindən söz açıb və Qubada "İmişli"yə qarşı keçirdikləri oyuna xüsusi toxunub:
"Belə meydançada komandadan baxımlı oyun gözləmək olmaz. Meydanda yalnız palçıq döyüşü gedirdi. "Neftçi" ilə oyunda ümidli idik. Nəticə və oyun uğursuz oldu. Qarşıda oyunlar var. Futbolçular eynidir. Kifayət qədər güvəndiyimiz oyunçular var. Toparlanıb "qara zolaq"dan çıxacağıq. Bu nəticələr baş məşqçi ilə əlaqələndirmək doğru deyil. Komanda uduzursa, bütün heyətin məğlubiyyətidir. Futbolçularımızdan gözləntilərimizi oyunda ala bilmədik. Belə hallar olur. Əsas hədəfimiz avrokuboklara vəsiqə verən yeri tutmaqdır".
Klub rəsmisinin sözlərinə görə, əsas hədəfləri avrokuboklara vəsiqə verən yeri tutmaqdır:
"Keçən ilki nəticəni əldə edəcəyimizə şübhəmiz yoxdur. Bu dəyərləndirməni mövsümün sonunda edərik. İndi qarşımızda duran məsələ "qara zolaq"dan çıxıb, yaxşı nəticələrlə azarkeşlərimizi sevindirməkdir. Bu gün başqa hədəfimiz yoxdur. Əsas odur komanda qarışısına qoyulan məqsədə çata bilsin".