"Kremonese"–"Inter" qarşılaşmasında baş verən hadisələrə görə Milan şəhərin təmsilçisinə 50 min avro cərimə tətbiq edilib. İtaliya Futbol Federasiyası qapıçı Emil Auderoya tribunadan atılan fişəng səbəbilə klubu sanksiyaya məruz qoyub. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, cəza təkcə atılan pirotexniki vasitələrlə məhdudlaşmır. Hadisə zamanı rəqib oyunçunun zədələnməsi, Auderonun çaşqın vəziyyətə düşməsi və oyunun müvəqqəti dayandırılması da qərarda əsas amillər kimi göstərilib.
Qeyd edək ki, A Seriyasının 23-cü turunda keçirilən oyunda "İnter" səfərdə "Kremonese"ni 2:0 hesabı ilə məğlub edib.