"Birinci liqanın klublarının bəzi nümayəndələri legioner limitinin artımının tərəfdarıdırlar". Sport24.az xəbər verir ki, bunu PFL prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov deyib.

 

Premyer Liqanın 2024/25 mövsümünün püşkatmasında çıxış edən qurum rəsmisi legioner limitinə toxunub: "Keçən il komandalar bildirirdilər ki, futbolçu zədələnəndə legioner sifariş etmək ehtiyacı yaranır. Buna imkan yaradacağıq. Keçən il altı legioner sifariş vərəqində yer alırdısa, bu il yeddi olacaq. Rüsum da buna əsasən nizamlanacaq. Bizim hazırda əsas məqsədimiz birinci liqada klubların dayanıqlığını artırmaq və infrastruktur məsələsini yaxşılaşdırmaqdır".

 

Qeyd edək ki, I Liqa sentyabrın 11-də başlayacaq.